ADY hava şəraiti ilə bağlı müvafiq tədbirlər görür

03.10.2026

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


ADY ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
Newscenter.az quruma istinadən bildirir ki, hazırda əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
"Bu cür havada görmə məsafəsinin məhdudlaşa və yer səthinin sürüşkən ola biləcəyini nəzərə alaraq, sərnişinlərimizi platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq",-deyə açıqlamada bildirilir.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью