ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb

29.08.2026

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin iyun ayında 1 milyon 636 min 336 ton yük daşıyıb.
Newscenter-az ADY-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.
Məlumata əsasən, hesabat dövründə tranzit daşımaları 707 min tonu ötərək keçən ilin göstəricisini 38 % üstələyib.
Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 67 % (448 096 ton), Şimal-Cənub istiqaməti üzrə isə 48 % (47 240 ton) artım qeydə alınıb.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью