ADY kollektivi Fəxri xiyabanı ziyarət edib

13.10.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dəmir Yollarının (ADY) kollektivi Azərbaycanda dəmir yollarının yaradılmasının 146-cı ildönümü və dəmir yolu işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib.

Modern.az xəbər verir ki, dəmir yollarının inkişafına misilsiz töhfələr vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb.

Daha sonra Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью