ADY nin əməkdaşlarının 22 % dən çoxu gənclərdir

02.02.2026

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 14 362 əməkdaşından 3 190 nəfəri, yəni 22,2 %-nin yaşı 35-ə qədərdir, yəni gəncdir.

Bu barədə Globalinfo.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, qurum ötən il gənclərin inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirib. 14 əmək yarmarkasında yüzlərlə gəncə ADY-də mövcud iş imkanları barədə ətraflı məlumat verilib, 50 tələbə və yeni məzun yay təcrübə proqramına cəlb edilib, onlardan 14-ü artıq ADY komandasının üzvünə çevrilib. Gənclər üçün “Açıq qapı” günləri və ekskursiyalar təşkil olunub, dəmir yolu sektorunun ekoloji üstünlükləri və innovativ həlləri təqdim edilib.

“Bu göstərici gənclərin peşəkar inkişafının ADY üçün prioritet olduğunu bir daha təsdiqləyir”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью