Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişinlər üçün yaratdığı “Kitab Dayanacağı” layihəsi genişlənməkdə davam edir.
Yeni Sabah xəbər verir ki, Bakı və Gəncə dəmiryol vağzallarından sonra “Kitab Dayanacağı” Sumqayıt Dəmiryol Vağzalında da istifadəyə verilib.
Layihənin əsas məqsədi sərnişinlərin gözləmə və səfər vaxtını daha səmərəli və maraqlı keçirməsinə, mütaliəyə marağın artırılmasına töhfə verməkdir. pizza hut
Artıq Sumqayıtdan səfərə çıxan sərnişinlər “Kitab Dayanacağı”ndan sevdikləri kitabları seçərək səfər zamanı mütaliə edə biləcəklər.
ADY sərnişinləri Sumqayıt Dəmiryol Vağzalına səfərləri zamanı “Kitab Dayanacağı”ndan yararlanmağa dəvət edib.