ADY nin yeni hərəkət QRAFİKİ

14.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Sentyabrın 15-dən yeni hərəkət cədvəlinin tətbiqi ilə Xırdalan–Bakı istiqamətində səfər müddəti 45 dəqiqədən 35 dəqiqəyə azaldılacaq.

ADY-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpası başa çatdıqdan sonra Xırdalan-Bakı istiqamətində səfər müddəti yenidən 26 dəqiqə olacaq.

Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.

Beləliklə, şəhərətrafı qatarların gündəlik reyslərinin ümumi sayı 90-dan 96-ya yüksəlib.

Yeni hərəkət cədvəlləri ilə buradan tanış ola bilərsiniz:

https://ticket.ady.az/az/yeni-hereket-cedveli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью