Icma.az, Avtosfer saytına istinadən bildirir.
1 mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilən konfransda ADY nümayəndələri də iştirak edib.
Azərbaycan Dəmir Yollarından (ADY) Avtosfer.az-a verilən məlumata görə, ADY nümayəndələri dəmir yollarında mülki müdafiə işləri və FHN-lə birgə tədbir və təlimlər barədə ətraflı məlumat verib.
Konfransda ADY-nin Mülki Müdafiə sisteminin gücləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib və Bəhruz Nəcəfovun timsalında Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti "Fəxri fərman"la təltif edilib.
Namiq