ADY ölkə üzrə sərnişindaşımalarını 15 mln. nəfərə çatdıracaq

01.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə üzrə illik sərnişindaşımalarını 15 mln. nəfərə çatdırmağı planlaşdırır.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY sədrinin müavini Arif Ağayev bildirib.

“Bizim 2030 strategiyamızda ümumi ölkə üzrə daşımaları 15 milyon nəfərə çatdırmaq planlaşdırılır”, - Arif Ağayev bildirib.

Onun sözlərinə görə, ADY 2022-ci ildə 5,2 mln., 2023-cü ildə 7,1 mln., 2024-cü ildə 8,5 mln. sərnişin daşıyıb: “Sərnişindaşıma tempi illər üzrə göründüyü kimi artmaqda davam edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью