ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

06.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 oktyabr, AZƏRTAC

Orta Dəhlizin inkişafı ilə bağlı əsas məsələlərdən biri infrastrukturla yanaşı, dəhliz boyunca koordinasiya və əməkdaşlığın gücləndirilməsidir.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müşaviri Emil Məmmədov “Nəqliyyat və Logistika – Orta Dəhliz: Azərbaycanın Strateji Rolu və Tərəfdaşlıqları” mövzusunda paneldə çıxışı zamanı deyib.

E.Məmmədov bildirib ki, bu istiqamətdə həm ölkə daxilində müxtəlif maraqlı tərəflərlə, həm də Orta Dəhliz boyunca fəaliyyət göstərən tərəfdaşlarla əməkdaşlıq həyata keçirilir: “Orta Dəhlizin səmərəli fəaliyyətinin təmin olunması üçün marşrut üzrə bütün iştirakçıların əlaqələndirilmiş fəaliyyəti, qarşılıqlı əməkdaşlıq və koordinasiya mühüm əhəmiyyət daşıyır”.

Müxbirlər -Vüqar Qurbanoğlu, Samirə Quliyeva

Fotoqraf-Tofiq Babayev

AZƏRTAC

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью