ADY qatarları qrafik üzrə hərəkətini davam etdirir

21.02.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları qarlı-çovğunlu hava şəraitinə baxmayaraq, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Gununsesi.info xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, hava şəraiti, xüsusilə yağıntının miqdarı və küləyin gücü nəzərə alınaraq qatarların sürət həddi təhlükəsiz hərəkəti təmin edəcək şəkildə tənzimlənir.

Bu səbəbdən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.

“Sərnişinlərə anlayışları üçün təşəkkür edir, rahat və təhlükəsiz səfərlər diləyirik”, – ADY qeyd edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью