Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinə baxmayaraq, qatarlar qrafik üzrə hərəkəti davam etdirir.
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat verib.
Bildirilib ki, qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur:
"Qatarlar qrafik üzrə hərəkəti davam etdirir. Hazırda qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər. Lakin hazırkı vaxtadək qatarların hərəkətində gecikmə qeydə alınmayıb".(oxu.az)