ADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin etdi

13.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.

Axar.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, marşrut üzrə 6, 7, 8 və 9 iyun tarixləri üçün biletlər artıq satışdadır.

Biletləri www.ady.az saytından, “ADY Mobile” tətbiqindən və yaxud kassalardan əldə etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью