ADY rəhbəri: BakıBalakən qatarı tezliklə fəaliyyətə başlayacaq

12.12.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Yaxın günlərdə Bakı-Balakən qatarının fəaliyyətə başlaması ilə əlaqədar hazırlıq işləri yekunlaşmaq üzrədir".

Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin rəhbəri Rövşən Rüstəmov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, yaxın günlərdə Bakı-Balakən istiqamətində sərnişin daşınmasına start veriləcək:

"Artıq deyə bilərəm ki, buna sayılı günlər qalıb. Tezliklə ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Hazırlıq işləri tamamlanmaq üzrədir: infrastruktur tam hazırdır, stansiyalarda təmir işləri yekunlaşır. Yaxın vaxtlarda bunun şahidi olacağıq".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью