ADY sədri gürcü həmkarı ilə görüşdü FOTO

29.01.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov 29 yanvar tarixində Tbilisidə “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamara İoseliani ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Gürcüstan və Azərbaycan arasında Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti təhvil-təslimi üzrə yekun aktın imzalanması və bu xətlə yükdaşımaların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa və modernləşdirmə işlərini uğurla yekunlaşdırıb, nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью