ADY sədri Laşa Abaşidze ilə görüşdü

27.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Gürcüstanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin yeni təyin edilmiş baş direktoru Laşa Abaşidze ilə görüşüb.

ADY sədri gürcüstanlı həmkarını yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətinin təmin edilməsi və Şərq-Qərb-Şərq daşımalarının təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Orta Dəhliz üzrə yükdaşımaların artırılmasının vacibliyi və Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xəttinin bu istiqamətdə rolu xüsusi vurğulanıb.

Həmçinin “BTKI Railways” MMC birgə müəssisəsinin BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi məqsədilə fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью