ADY sədrinə yeni müavin təyin edildi: Arif Ağayev kimdir? Yeni Sabah | Icma.az
Yenisabah saytına istinadən Icma.az xəbər verir. "Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
"Yeni Sabah" Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.
Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fak
2011-2012-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.
Müxtəlif illərdə "ATL” Şirkətlər qrupu, "SAQA” gəmi təmiri şirkəti və fərqli beynəlxalq məsləhətçi şirkətlərdə çalışıb, biznesin inkişafı, regional layihələr üçün maliyyə təhlilləri, sahibkarlığın inkişafı və kommersiya təhlili kimi istiqamətlərdə böyük təcrübə əldə edib.
2023-cü ilin iyun ayından ADY sədrinin müşaviri vəzifəsində çalışan Arif Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub.
ADY-də çalışdığı müddətdə Arif Ağayev əməliyyat səmərəliliyi və sərmayələr proqramlarına rəhbərlik edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu