ADY sədrinə yeni müavin təyin edildi FOTO

15.11.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat olub.

Avtosfer.az xəbər verir ki, ​Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.

Bundan əvvəl ADY sədrinin müşaviri vəzifəsində çalışan Arif Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub.

Qeyd edək ki, Arif Ağayev Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr və magistr, Böyük Britaniyanın Kembric Universitetini isə biznesin idarə edilməsi üzrə magistr dərəcəsi ilə bitirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью