ADY sərnişindaşımanı 20 faizə yaxın artırıb

07.10.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 7 milyon 156 min 851 sərnişin daşınıb.

Avtosfer.az ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin 9 ayı ilə müqayisədə 19,5 % çoxdur.

Bu ilin sentyabr ayında ümumi sərnişindaşıma göstəricisi isə keçən ilin müvafiq dövrünün nəticələrini 17 % üstələyib. Ötən ay ərzində ADY ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 944 min sərnişin daşınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью