ADY sərnişinlərə müraciət etdi

12.11.2024

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan Dəmir Yolları" QSC Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə müraciət edib.

Redaktor.az-ın məlumatına görə, səhmdar cəmiyyəti bu günlərdə yollarda hərəkət intensivliyinin artması fonunda aşağıdakıları tövsiyə edib:

- Şəhərlərarası səyahətlər üçün Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlin.

- Sərnişinləri yola salmaq və ya qarşılamaq məqsədilə vağzala maksimum dərəcədə az daxil olun. Mümkün olduqda gəlməməyə çalışın.

"Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək. Əlavə məlumat üçün 1822 Əlaqə Mərkəzinə zəng edə bilərsiniz", - deyə müraciətdə qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью