ADY təhlükəli yüklərin daşınması üçün lisenziya almayacaq

25.04.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı təsdiqlənib.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu siyahıya təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması daxil edilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı da təsdiqlənib.

Siyahıya təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazə daxil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью