ADY tranzit konteyner daşımalarını 59% artırıb

03.04.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin I rübündə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 41,3 min TEU konteyner yük, o cümlədən 20 min TEU konteyner tranzit yükü daşıyıb.

Avtosfer.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ümumi yük həcmi 55 %, tranzit yük həcmi isə 59 % artıb.

Xatırladaq ki, 2024-cü ildə səhmdar cəmiyyəti 114 min TEU konteyner yük daşınıb ki, bunun da 55,4 min TEU konteynerini tranzit yükü təşkil edib. 2021-ci illə müqayisədə ötən il daşınmış ümumi yükün həcmi 60 %-dən çox artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью