ADY və Beynəlxalq Maliyyə Korporasiyası yeni əməkdaşlıq istiqamətlərini müzakirə edib | Ic…
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
10 dekabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayevin Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yüksək səviyyəli nümayəndələri ilə görüşü olub.Newscenter.az xəbər verir ki, görüş zamanı IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə regional infrastruktur və enerji meneceri Kamila Rodrigez və digər rəsmiləri ilə vaqon parkının genişləndirilməsi, yeni maliyyələşdirmə üsullarının tətbiqi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.IFC-nin dəmiryol infrastrukturunun inkişafı üzrə bir sıra iri layihələrə dəstəyi nəzərə alınaraq bu istiqamətdə də tərəfdaşlıq imkanları nəzərdən keçirilib.Arif Ağayev ADY-nin vaqon parkının genişləndirilməsi və modernləşdirilməsi üçün son illərdə gördüyü işlərdən, o cümlədən müasir elektrik qatar və lokomotivlərinin alınması və daxili resurslar hesabına həyata keçirilən layihələrin icrasından danışıb.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.Süleyman Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu