ADY: Yaxın günlərdə Balakən istiqamətində sərnişin qatarları fəaliyyətə başlayacaq Xəbər s…
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir. Yaxın günlərdə Balakən istiqamətində sərnişindaşımaya başlanılacaq.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
"Hazırda jurnalistləri və sərnişinləri Balakən istiqamətində sərnişin daşıma maraqlandırır. Artıq buna sayılı günlər qalıb.
Yaxın günlərdə biz ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq.
Bu, çox yaxın günlərdə yerinə yetiriləcək və deyim ki, biz də işləri tamamlayırıq, infrastruktur hazırlığı bitib, stansiyalarda təmir işləri aparılır.
Yaxın günlərdə artıq biz sizlərlə birlikdə bunun şahidi olacağıq", - o bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu