ADY yə məxsus nasosda problem yarandı, tuneli su basdı

06.11.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Sumqayıtda "Yaşıl dərə" adlanan ərazidəki tunelə çirkab suları yığılıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

İddia olunur ki, yaranmış problem ərazidən keçən Azərbaycan Dəmir Yollarına (ADY) məxsus nasosdakı nasazlığa görə baş verib. Bu səbəbdən tuneldən keçən avtomobillərin hərəkətində çətinlik yaranıb.

Məsələ ilə əlaqədar Qafqazinfo ADY-yə sorğu ünvanlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirdi ki, ərazidə elektrik enerjisi olmadığına görə nasoslarda problem yaranıb. Artıq ötən gün axşam saatlarından yığılmış su kənarlaşdırılıb və nəqliyyatın hərəkəti bərpa olunub.

View this post on Instagram

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью