Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyadakı Kursk atom elektrik stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun soyutma qülləsinə sebtyabrın 17-si səhər saatlarında PUA zərbəsi endirilib.
Bu barədə Moderator.az Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) "X" sosial şəbəkəsindəki bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə anında reaktor bloku işlək vəziyyətdə olub, lakin onun iş rejimi dəyişməyib. Yanğın baş verməyib.
"Nüvə obyektlərinə zərbələr qəbuledilməzdir", - AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.
O, həmçinin nüvə qəzası riskinin qarşısını almaq üçün yenidən maksimum hərbi təmkinliyə çağırıb.