AEBA rəhbəri İran XİN başçısına görüş təklif edib

24.06.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın Atom Enerjisi Təşkilatı (İAET) ilə əməkdaşlığı bərpa etməyə hazırdır.

Bu barədə AEBA-nın rəhbəri Rafael Qrossi “X” sosial şəbəkəsində yazıb.

"İrandakı vəziyyətlə bağlı daxil olan məlumatları alqışlayıram. İAET ilə əməkdaşlığın bərpası uğurlu razılaşmanın açarıdır. Mən İranın xarici işlər naziri Abbas Əraqçiyə yazdım ki, bu addım nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən mübahisənin diplomatik yolla həllinə gətirib çıxara bilər və tezliklə görüşməyi təklif etdim", - o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью