AEBAnın baş direktoru İranın nüvə obyektlərinə baş çəkəcək

14.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İranın Fordo və Natanz nüvə obyektlərinə baş çəkəcək.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu Tehranda səfərdə olan AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

O, İranın nüvə proqramı ilə bağlı tam təkamülü əks etdirən təəssürat əldə etmək üçün noyabrın 15-də Fordo və Nətənzdəki nüvə obyektlərinə baş çəkəcəyini vurğulayıb.

Məlumata görə, noyabrın 14-də o, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Tehranda görüşüb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью