Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) rotasiyası zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) avtomobilinə hücum olub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, nəqliyyat vasitəsi pilotsuz uçuş aparatı (PUA) ilə vurulub. Avtomobil zədələnsə də, onun içində olanlar xəsarət almayıblar.
Məlumata görə, hadisə cəbhə xəttindən təqribən 8 kilometr aralıda Ukraynanın nəzarətində olan ərazilər daxilində baş verib.
Qurumun Baş direktoru Rafael Qrossi hadisəni pislədiyini bildirib.