AEK in hücumçusu: Azərbaycan millisi çox yaxşı komandadır

21.03.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Haiti millisinin hücumçusu Fratsdi Pyero Azərbaycan yığması ilə keçiriləcək yoldaşlıq oyunundan öncə mətbuat konfransında iştirak edib.

Sportal.az AEK-də çıxış edən 29 yaşlı forvardın fikirlərini diqqətinizə çatdırır:

- Sabah qələbə qazanmaq istəyirik. Bilirik ki, çətin oyun olacaq. Çünki Azərbaycan millisi çox yaxşı komandadır. Bu matç dünya çempionatının seçmə mərhələsi öncəsi öz vəziyyətimizi dəyərləndirmək üçün yaxşı testdir.

- Uzaq məsafədən gəlməyiniz oyuna təsir edə bilər?

- Oyunçularımızın əksəriyyəti Avropada çıxış edir. Mən özüm Yunanıstanda oynayıram. Bizim Türkiyədə, Fransada çıxış edən futbolçularımız var. Belə olmasaydı da, bu, bizim üçün bəhanə ola bilməzdi. Ən yaxşı performansımızı ortaya qoymağa çalışacağıq.

Elçin Əlixan 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью