Aerodrom istismarı ilə bağlı yeni qayda qəbul edildi

28.02.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda aerodrom istismarı ilə bağlı dövlət orqanlarının fəaliyyətinin hüquqi əsası təmin olunacaq.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanuna əlavə edilən yeni maddədə əksini tapıb.  

Qanun layihəsində qeyd edilir ki, hazırda aerodrom istismarçısı  anlayışı aerodromu istismar edən fiziki və ya hüquqi şəxslə məhdudlaşır, təklif olunan dəyişikliyə əsasən buraya dövlət orqanı da əlavə edilir. Bununla da aerodromu istismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsasının yaradılması təmin olunur.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib. 

Anar Kəlbiyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью