Aeroflot AZALa həlak olan və xəsarət alan sərnişinlərin qohumlarının daşınmasında yardım etməyə hazırdır

25.12.2024

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın “Aeroflot” aviaşirkəti Aktauda təyyarəsi qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) həlak olan və xəsarət alan sərnişinlərin qohumlarının daşınmasında yardım göstərməyə hazır olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarədən 32 nəfər sağ çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью