Aeroport şosesində qəza: sıxlıq yarandı

12.04.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a verilən məlumata görə, qəza səbəbindən mərkəz, sürücülərin hərəkət sürətini azaldıb hadisə yerinə baxması səbəbindən isə Mərdəkan şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.

Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью