Aeroport yolunda ağır qəza, ölən var

21.04.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Aeroport şossesi kimi tanınan yolun Sabunçu dairəsi adlanan hissəsində “Opel” markalı avtomobil yolu keçməyə çalışan şəxsi vurub.

Nəticədə piyada Ağarəhim Rzaxan oğlu Rəhimov ağır xəsarətlər alıb. O, Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью