Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi malumat yayıb.
***11:56
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları məlumat-sürət tablolarında dəyişiklik edib.
Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.
Oxunub 162