Aeroport yolunda sürücünün halı pisləşdi; sıxlıq yarandı

26.09.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Suraxanı rayonu, Aeroport şossesi, mərkəz istiqamətində hazırda nəqliyyat sıxlığı müşahidə olunur.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sıxlığa minik avtomobillərindən birinin sürücüsünün halının qəfil pisləşməsi səbəb olub.
Sürücü vəziyyətinin pisləşdiyini hiss edərək avtomobili yolun kənarına çəkib. Daha sonra halı ağırlaşdığı üçün maşından düşərək yıxılıb. Hadisə nəticəsində hər hansı qəza baş verməyib, sadəcə sürücünün səhhətindəki problem nəqliyyatın hərəkətinə maneə yaradıb.
Hazırda əraziyə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью