Aeroport yolunda yeni piyada keçidi inşa edildi Xəbər saytı Son xəbərlər və Hadisələr

05.12.2024

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci km-də yeni piyada keçidi inşa edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Yol səviyyəsindən hündürlüyü 5.90 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağı, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı tikilib, piyada keçidinin ətrafında abadlaşdırılma işləri aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью