Aeroportda antiteror təlimləri keçirilir

15.04.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Aprelin 14-də Astanada Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanının ərazisində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Antiteror mərkəzinin himayəsi altında “Nayza- Antiteror- 2025” təlimi keçirilir. Avtosfer.az-ın “Azərtac”a istinadla verdiyi xəbərə görə, tədbir zamanı hava və avtomobil nəqliyyatının hərəkətinə heç bir məhdudiyyət qoyulmur.

Təlim zamanı təhlükəsizlik tədbirlərinə riayət edilməsi, aidiyyəti dövlət məmurlarının qanuni tələblərinə əməl olunması, rəsmi məlumat mənbələrinin əsas tutulması və yalan informasiyanın yayılmasına yol verilməməsi xahiş edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью