Aeroportda baqajı hamıdan əvvəl almağın sirri

01.08.2026

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yerüstü xidmətlər üzrə mütəxəssis Tomas Lo Şiuto bildirib ki, bunun əsas sirri baqajı qeydiyyat zamanı mümkün qədər gec təhvil verməkdir.
Onun sözlərinə görə, baqajlar təyyarəyə növbə ardıcıllığı ilə yüklənir. Qeydiyyatdan ən sonda keçən sərnişinlərin çamadanları yük bölməsinə ən axırda yerləşdirilir və çıxış qapısına daha yaxın olur.
Təyyarədən boşaldılma zamanı isə proses əks istiqamətdə aparılır. Nəticədə çıxışa yaxın yerləşdirilən çamadanlar ilk olaraq çıxarılır və baqaj lentinə hamıdan əvvəl çatdırılır.
Buna görə də, qeydiyyatı mümkün qədər gec tamamlayan sərnişinlərin baqajlarını digərlərindən daha tez almaq ehtimalı yüksək olur.
Bu üsul baqajın yüklənməsi və boşaldılmasının standart qaydada həyata keçirildiyi hallarda işləyə bilər. Lakin prioritet baqaj xidməti, transfer reysləri və ya aeroportun əməliyyat xüsusiyyətləri səbəbindən hər zaman eyni nəticəni verməyə bilər.
Röya Əliyeva
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью