Aeroportda çamadandan çıxanlar şoka saldı Foto

12.06.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbul hava limanında İspaniya pasportuna malik sərnişinin çamadanından 22.5 kiloqram marixuana aşkar edilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, aidiyyəti qurumların əməkdaşları şübhəli şəxsi ciddi nəzarətə götürüblər.

Sərnişinin çamadanının rentgen aparatı vasitəsilə yoxlanılması zamanı paketlərə qablaşdırılmış külli miqdarda narkotik vasitə tapılıb.

Şübhəli şəxs gömrük işçiləri tərəfindən saxlanılıb. Müsadirə olunmuş narkotik vasitələrin bazar dəyəri 20 milyon 300 min lirə (təxminən 746 331 manat - red.) təşkil edir.

İstintaq tədbirlərinin ardınca şübhəli şəxs barəsində həbs qərarı çıxarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью