Aeroportda inanılmaz hiylə

08.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Bakı hava limanında Hindistandan gətirilən 78 min manatlıq qaçaqmal dərman tutulub.

“Yeni Sabah” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Mumbay-Bakı reysi ilə ölkəyə qayıdan Azərbaycan vətəndaşının əl yükü və baqajı yoxlanılıb. Rentgen qurğusu vasitəsilə həyata keçirilən baxış zamanı diqqət çəkən detal ortaya çıxıb.

Məlum olub ki, sərnişin özü ilə gətirdiyi karton qutudakı məişət sobasının daxili hissələrini xüsusi saxlanc yerinə çevirib. Sobanın müxtəlif yerlərində gizlədilən və ümumi bazar dəyəri 77 920 manat təşkil edən müxtəlif adlarda dərman vasitələri aşkarlanaraq götürülüb. Pepperoni pizza

Hazırda faktla bağlı gömrük orqanları tərəfindən təhqiqat işləri davam etdirilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью