Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Sentyabrın 11-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) valideynlər və tələbələr üçün Açıq Qapı Günü təşkil olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, tədbir iştirakçıları akademiyanın tədris mühiti, maddi-texniki bazası, təhsil imkanları və həyata keçirilən layihələrlə yaxından tanış ola biləcəklər. Həmçinin müəllim heyəti ilə görüş keçiriləcək və iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.
Açıq Qapı Günü saat 10:00-dan 17:00-dək AƏSMA-nın Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 181 ünvanında yerləşən binasında keçiriləcək.