Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqlarının əməkdaşları üçün təlimlər davam etdirilir.
"Unikal" xəbər verir ki, beynəlxalq səviyyədə tanınan IOSH (Institution of Occupational Safety and Health) sertifikatı üzrə təşkil olunan budəfəki təlimdə AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları iştirak ediblər.