Aether qrup sərgisi keçirilib

02.02.2026

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Xalça Muzeyinin Sərgi Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Ramilə Şamilovanın rəhbərliyi altında “LèRami” art studionun tələbələrinin iştirakı ilə "Aether" adlı qrup sərgisi keçirilib.

Sərgidə Təranə Quliyeva, Lalə Havıyeva, Sevinc Məhəməliyeva, Sabina Quliyeva, Fidan Vəlizadə, Günel Taşkın, Asiman Şükürova, Vüsalə Nuruzadə, Günel Amanova, Zümrüd Məmmədova, Tamilla Kazımlı, Aytac Nağıyeva, Nigar Kərimova, Aytən Baxşıyeva, Aytən Huseynova İsmayılova, Nərgiz Əbilova, Ayan Hüseynova, Aysu Məmmədli, Suri Huseyn, Aynur Şahbalayeva öz rəsm əsərləri ilə iştirak ediblər.

Qeyd edək ki, Ramilə Şamilova, estetik dünyasına böyük həvəsi olan rəssam, pedaqoq və kuratordur. Onun sənət səyahəti 12 yaşında başlayıb və müxtəlif təhsil müəssisələrində, o cümlədən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib. R.Şamilova, həmçinin London Müasir İncəsənət Muzeyinin "Müasir İncəsənət və İdeyalar"ı kursunda onlayn təhsil alıb. O, sənətə olan bağlılığını şəxsi təcrübəsindən kənara çıxaraq çoxsaylı sərgilərdə kuratorluq etməklə və işlərini nüfuzlu məkanlarda nümayiş etdirmək şərəfinə nail olub.

Ekspozisiyada 30 yaşdan yuxarı 30 rəssam və 1 uşaq rəssamın əsərləri yer alıb.

Bildirək ki, “LèRami” art studiyanın əsas məqsədi 30 yaş üstü xüsusi ilə qadınların, vaxtıikən rəsmlə məşğul olmaq istəyib amma məşğul ola bilməyib, indi isə öz uşaqlıq arzularını reallaşdırmaq üçün buraya toplaşıblar. Məqsəd bir çoxunda eyni olsa da zamanla öz təşəbbüslərinə görə inkişaf yolu dəyişir, təkcə rəsm çəkmək deyil, eyni zamanda daxillərindəki məni çıxarmağa özləri özlərinə kömək edirlər.

Sərgidə 35 rəssam olmaqla 85 əsər yer alır. Böyüklərlə yanaşı uşaqlar da bu sərgidə iştirak edərək öz istedadlarını nümayiş etdirirlər. Əsərlər ən böyük 2 metr ən balaca isə A5 ölçülərində yağlı boya və qrafika olmaqla dəyişir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью