Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Heç kəsin dərdi ilə oynama, daha pis dərdə düşərsən.
Belə bir atalar sözü var. Sən onu efirə çıxarırsan. Kim də başa düşməsə, 53 ildir sənətdəyəm, biz bilirik ki, sən onu necə ələ salırsan.
Bunu reytinq xətrinə edirsən. O insanlar necə niskinləşiblər ki, onlar üçün heç bir müqəddəs hiss yoxdur.
Körpə uşaqdan tutmuş yaşlı, əlil adama qədər efirə çıxarırlar. Aparıcının efirə çıxardığı həmin adama qeyri-ixtiyari gülürlər.
Amma aparıcı insanların beyninə yeridir ki, həmin şəxsə gün ağlayıb, "adam" edəcək.
Ona necə gün ağlaya bilərsən ki, o hələ gün işığı görməyib".
Mia.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Müsavat"a verdiyi müsahibəsində deyib.
Sənətçi aparıcıları, efirdə müzakirə olunan ailə-məişət mövzularını qınayıb: "Bu cəmiyyətlə mübarizə aparmaqdan qorxmuram.