Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Aparıcı Afaq Gəncəli yay tətilinə yollanıb.
Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Yunanıstanı seçib. Afaq Mikonos adasında istirahət edir. O, gəzinti zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.
Aparıcı paylaşımına “Geyimi dəyərli edən onun sahib olduğu rəngdir” sözlərini yazıb.
Qeyd edək ki, Afaq bundan əvvəl Almaniya və Niderlandda istirahət edib.