Afaqla Elnur küsülü imiş

21.02.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aparıcı Afaq Gəncəli və stilist Elnur Həsənov küsülü imiş. 

Axşam.az xəbər verir ki, bu haqda aparıcı öz verilişində deyib. O bildirib ki, uzun müddətdir Elnurla dnaışmır. 

Afaq stilistlə verilişində barışıb və küsülü olmalarının səbəbini açıqlayaraq, onun telefona cavab vermədiyini deyib. 

"Mesaja, zəngə cavab vermir. Öldü, xəbərin olmayacaq" deyə, A.Gəncəli bildirib.

Elnur isə "Unutqanam, amma səni çox istəyirəm. Afaqın verilişi başlamazdan əvvəl anons çəkilməli idi, çəkildi. Sonra mən ikinci geyimləri hazırlayıb, eskizləri göndərməli idim. Göndərdim ki, seçsin. Afaq dedi ki, qərarı sən ver. Mən isə mərkəzimi yeni məkana köçürürdüm. Mən isə unutqanam, yadımdan çıxdı" sözlərini əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью