“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib

16.10.2025

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

(®) Tenderin adı: “AFB BANK”ASC tərəfindən “Palo Alto Networks Enterprise Firewall” avadanlıqlarının satın alınması

Tenderin elan tarixi: 16.10.2025

İştirak üçün sənəd qəbulunun son tarixi: 27.10.2025

Tender təkliflərinin son qəbul tarixi : 04.11.2025

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)tender təklifi (tender zərflərinin açıldığı tarixdən (04 noyabr 2025-ci il) sonra azı 30 (otuz) iş günü qüvvədə olmalıdırİddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayışiddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:         

·        MAF sənədi

·        Sahə üzrə mütəxəssislərin sertifikatları

·         Eyni və ya oxşar avadanlıqların quraşdırılması və xidməti  haqqında təcrübəni təsdiq edən sənəd

·        Yeni avadanlıqların quraşdırılması və  konfiqurasiyası edilməsi, mövcud firewalllardan Fortigate 501F-ə miqrasiya edilməsi

Tenderdə iştirak etmək istəyən  şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə qapalı zərfdə 27.10.2025-ci il -tarixinə kimi, qiymət təkliflərini isə 04.11.2025-ci il tarixinə kimi poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına  göndərməlidir. Tenderdə iştirakı təsdiq edilən şirkətlərə 28.11.2025-ci il tarixində əsas şərtlər toplusu və digər məlumatlar göndəriləcək. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( [email protected]  ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 )  ilə əlaqə saxlaya bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью