“AFB Bank”da daha bir MƏNFİ DİNAMİKA

21.08.2025

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bu ilin I yarısında Azərbaycandakı 22 bankdan 3-nün əməliyyat mənfəəti 100 milyon manatdan çox olub.

Yenisabah.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” və “PAŞA Bank”dır. Sadalanan bankların cəmi əməliyyat mənfəəti nə az nə çox, 600 milyon manatdan çox olub.

Yarımilin hesabatı dövründə 11 bankın əməliyyat mənfəəti 10-100 milyon manat arasında, 8 bankın əməliyyat mənfəəti isə 10 milyon manatdan az olub. pizza sifarişi

Son 12 ayda 22 bankdan 15-nin əməliyyat mənfəəti artıb, 7-nin əməliyyat mənfəəti azalıb. Əməliyyat mənfəətini ən çox artıran bank “Bank VTB Azərbaycan” (93,4%), ən az artıran bank isə “Azərbaycan Beynəlxalq Bankı” (0,1%) olub.

Əməliyyat mənfəəti ən çox azalmış bank “AFB Bank” (48%), ən az azalmış bank isə “Bank Avrasiya” (0,6%) olub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью