AfD həmsədri: “Siz kimin kanslerisiniz, cənab Merz?”

25.11.2026

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Almaniya kansleri Bundestaqda Ukrayna ilə bağlı sərt tənqid olunub

 Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Tino Çrupalla Ukraynaya yardım məsələsində Almaniya kansleri Fridrix Merzi sərt tənqid edib. AYNA.AZ xəbər verir ki, onun sözlərini “Bild” nəşri yayıb.

“Məktəblər, körpülər və dəmir yolları dağılır və orta təbəqə onlarla birlikdə yox olur. Siz isə dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri olan Ukraynaya investisiya qoyuluşu üçün kampaniya aparırsınız. Siz kimin kanslerisiniz, cənab Merz?” - deyə o, Bundestaqda çıxış edərkən bildirib.

Qeyd edək ki, noyabrın 24-də Merz deyib ki, Avropa İttifaqının bəzi ölkələri Ukraynaya 45 milyard avro məbləğində yeni kredit verməkdən imtina edərsə, Aİ-nin yeni yeddi illik büdcəsini bloklayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью