Icma.az, Ayna portalına istinadən məlumat yayır.
"Ölkəmizdə 260 min əcnəbi yaşayır və onlardan ölkədən ayrılmaq tələb olunur”
“Ukraynadan olan qaçqınlar münaqişə zonasında döyüşlər bitdikdən sonra Almaniyanı tərk etməlidirlər”. AYNA.AZ “Clash Report”a istinadən xəbər verir ki , bu sözləri Almaniyanın sağçı "Almaniya üçün Alternativ" (AfD) Partiyasının həmsədri Tino Çrupalla deyib.
"Ölkəmizdə 260 min əcnəbi yaşayır və onlardan ölkədən ayrılmaq tələb olunur. Bəli, bu, müharibə bitdikdən sonra əfqanlara, suriyalılara və ukraynalılara da aiddir", - deyə o bildirib.
Siyasətçi vurğulayıb ki, ukraynalılara qaçqın statusu verilməsi üçün əsaslar aradan qalxdıqdan sonra dərhal ölkəni tərk etmələri tələb olunacaq.